DataLife Engine / DYP XƏBƏRDARLIQ ETDİ! ''Əgər cərimələri ödəməsəniz ...''

DYP XƏBƏRDARLIQ ETDİ! ''Əgər cərimələri ödəməsəniz ...''

DYP XƏBƏRDARLIQ ETDİ! ''Əgər cərimələri ödəməsəniz ...''

Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən xüsusi karantin qaydalarını pozduğu üçün barəsində protokol tərtib edilən şəxslərə cərimənin məcburi ödətdirilməsi prosesinə başlanılıb.

Metbuat.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi və digər rayon polis şöbələri tərəfindən cərimə olunan və 40 gün müddət tamamlandığı halda cəriməni ödəməyən şəxslərlə bağlı məhkəməyə müraciət olunub.
Artıq minlərlə şəxsin cəriməni məcburi ödəməsi üçün qaldırılan iddialara məhkəmələrdə baxılır.
DYP XƏBƏRDARLIQ ETDİ! ''Əgər cərimələri ödəməsəniz ...''

BDYPİ-nin mətbuat katibi, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya bildirib ki, cəriməni ödəmək üçün qanunda nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra müvafiq qərarın verilməsi ilə bağlı məhkəməyə müraciət olunur:

“Bu zaman cərimənin məcburi ödətdirilməsi məqsədilə məhkəmə həmin şəxsin əmək haqqından, pensiyasından və digər gəlirlərindən tutulmasına qərar verə bilər. Eyni zamanda, cərimə olunan şəxslərin əmlakına həbs qoyula bilər. Artıq bununla bağlı məhkəmə qərar verəcək”.

Mayın 18-dək təkcə yol polisləri tərəfindən 55 min 678 sürücü karantinə görə cərimə olunub. Eyni zamanda, piyada naryadında xidmət aparan polis əməkdaşları da qayda pozan on minlərlə şəxs haqda protokol tərtib ediblər.

Lakin qərarla razılaşmayaraq protokol tərtib edən orqanlara qarşı da iddialar qaldıranlar var. Onlarla sürücü qərarla razılaşmayıb və protokolun əsassız yazıldığını iddia edərək məhkəməyə müraciət edib.

İyunun 1-dən başlayaraq məhkəmə orqanları hər iki tərəfin müraciətlərinə baxıb qərar çıxaracaq.
27-05-2020, 12:27
Geri dön