DataLife Engine / Rusiyada daha 150 nəfər koronavirusa yoluxdu

Rusiyada daha 150 nəfər koronavirusa yoluxdu

Rusiyada daha 150 nəfər koronavirusa yoluxdu

Rusiyada son bir gündə daha 8 894 nəfərə koronavirus diaqnozu qoyulub.

"Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 326 448 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 150 nəfər artaraq 3 249-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 99 825 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 988.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,1 milyonu ötüb. Bunların 2 milyon nəfərdən çoxu sağalıb, 334 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
22-05-2020, 23:53
Geri dön