DataLife Engine / Azərbaycanda koronavirusa yoluxmanın sürətlə yayıldığı ƏRAZİLƏR / VİDEO

Azərbaycanda koronavirusa yoluxmanın sürətlə yayıldığı ƏRAZİLƏR / VİDEO

Azərbaycanda koronavirusa yoluxmanın sürətlə yayıldığı ƏRAZİLƏR / VİDEO


Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən açıqlamada, son günlər koronavirusa yoluxanların çox olduğu ərazilər sırasında Lənkəran rayonunun Boladı, Şağlaser, Separadi, Vilvan və Şiləvar kəndlərinin də adları çəkilir. Bu səbəbdən həmin kəndlərdə polis postları saxlanıb.

Xeberleragentliyi.com Xezerxeber.az-a istinadla xəbər verir ki, eyni zamanda vətəndaşların sosial izolyasiya tədbirlərinə riayət etmələri ilə bağlı polis əməkdaşları və mobil qrupların üzvləri profilaktik söhbətlər aparırlar.

Bununla yanaşı, sözügedən ərazilərdə küçələr xüsusi məhlulla dezinfeksiya olunur. Sakinlər onların sağlamlığının qorunması üçün həyata keçirilən bu tədbirlərə görə minnətdarlıqlarını ifadə edirlər.

Qeyd edək ki, Lənkəran rayonunun giriş hissələrindəki bütün postlar hələ də qalmaqdadır. Bununla yanaşı, TƏBİB tərəfindən yoluxmanın daha çox olduğu yaşayış məntəqələrinin sakinlərindən nümunələr götürülür.

22-05-2020, 10:13
Geri dön