DataLife Engine / Azərbaycanda 143 nəfər koronavirusdan sağaldı, bir nəfər vəfat etdi - RƏSMİ

Azərbaycanda 143 nəfər koronavirusdan sağaldı, bir nəfər vəfat etdi - RƏSMİ

Azərbaycanda 143 nəfər koronavirusdan sağaldı, bir nəfər vəfat etdi - RƏSMİ


Azərbaycan Respublikasında koronavirus infeksiyasına yoluxmuş 143 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, keçirilmiş miokard infarktı, qaraciyər çatışmazlığı və xronik böyrək çatışmazlığı olan 1949-cu il təvəllüdlü vətəndaş vəfat edib.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 240.220 test aparılıb.
19-05-2020, 22:23
Geri dön