DataLife Engine / "Respublikanski" niyə bağlanıb? - TƏBİB-dən AÇIQLAMA

"Respublikanski" niyə bağlanıb? - TƏBİB-dən AÇIQLAMA

"Respublikanski" niyə bağlanıb? - TƏBİB-dən AÇIQLAMA

"Hazırda xüsusi həkim qrupları bütün xəstəxanalara baxış keçirir. Bu da çox normaldır".

Metbuat.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
“Y. Qarayeva deyib ki, bu baxışlarla bağlı hansısa xəstəxanada dezinfeksiya işinin aparılması, hansısa şöbənin boşaldılması normaldır: “Respublika Xəstəxanasına müxtəlif rayonlardan xəstələr daxil olur. Bunun üçün xəstəxanada hansısa şöbələr müvəqqəti bağlanmalı, dezinfeksiya işləri mərhələ-mərhələ aparılmalıdır”.

TƏBİB-in şöbə müdiri qeyd edib ki, bu günə qədər xüsusi pandemiya xəstəxanalarında yoluxma olmayıb, adi rejimdə işini davam etdirən xəstəxanalarda olub: “Respublika Xəstəxanasında adi profilaktik tədbirlər aparılır”
18-05-2020, 19:05
Geri dön