DataLife Engine / Şərəfli vəzifəyə yiyələnən Mirvari xanım Zeynalova bu işin müqəddəsliyini qoruyub saxlayır

Şərəfli vəzifəyə yiyələnən Mirvari xanım Zeynalova bu işin müqəddəsliyini qoruyub saxlayır

Şərəfli vəzifəyə yiyələnən Mirvari xanım Zeynalova bu işin müqəddəsliyini qoruyub saxlayır
Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Şəki Regional Mədəniyyət İdarəsinin müdiri Mirvari xanım Zeynalovadır.

1966-cı il dekabr ayının 8-də Şəki şəhərində anadan olmuşdur. 1981-ci ildə Şəki Musiqi Texnikumuna daxil olmuş, 1985-ci ildə həmin texnikumu fortepiano ixtisası üzrə bitirmişdir. 1985-1990-cı illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında fortepiano ixtisası üzrə qiyabi təhsil almışdır. 1985-ci ildən Şəki Musiqi Texnikumunda müəllim, 1990-cı ildən FBK-nın sədri, 2000-ci ildən şöbə müdiri, 2009-cu ildən 2013-cü ilin aprel ayınadək tədris işləri üzrə direktor müavini işləmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təqdimatı və Şəki şəhər İcra Hakimiyyəti Başçısının 19.04.2013-cü il tarixli, 111 saylı əmri ilə 22 aprel 2013-cü il tarixdən 01.11.2016-cı il tarixədək Şəki şəhər mədəniyyət və turizm şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2-ci dərəcə dövlət qulluqçusudur. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin 26 dekabr 2016-cı il tarixli, 619-k nömrəli əmri ilə 05 yanvar 2017-ci il tarixində Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirinin 27.06.2018 tarixli, 54-k nömrəli əmri ilə həmin tarixdən Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

Şəki Regional Mədəniyyət İdarəsinin müdiri Mirvari xanım Zeynalova peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Mirvari xanım Zeynalova bu işin müqəddəsliyini qoruyub saxlayır. Mirvari xanım Zeynalova kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Mirvari xanım Zeynalovadan danışdılar yaxşı ki, Mirvari xanım Zeynalova Şəki Regional Mədəniyyət İdarəsinin müdiri təyin olunub… Mirvari xanım Zeynalova öz isguzarlığı ilə tanınır və seçilir….

Mirvari xanım Zeynalova Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Mirvari xanım Zeynalovanı heç vaxt əqidəsindən döndərə bilməz.

Mirvari xanım Zeynalova böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Mirvari xanım Zeynalova yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Mirvari xanım Zeynalova ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Mirvari xanım Zeynalovanın böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Mirvari xanım Zeynalova insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Mirvari xanım Zeynalova bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Şəki Regional Mədəniyyət İdarəsinin müdiri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Mirvari xanım Zeynalova özünü doğruldub. Bizdə hörmətli Mirvari xanım Zeynalovanı dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Tarixən xalqımız özünün igid, alicənab, işgüzar, xalqına bağlı olan, Vətənini sevən övladlarının qürurlu adları ilə hər zaman fəxr edib. Hətta, onların atdıqları addımları yaddaşlarda saxlayaraq, həmin şəxslərin adlarını sonrakı nəsillərə ərməğan da ediblər. Bəli, dünya xalqlarının çoxunda olduğu kimi, bizim xalqın da özünəməxsus yüksək insani keyfiyyəti, əxlaqi və mənəvi dəyərləri və s. var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olmasını sübut edən halların varlığıdır.
Ümumiyyətlə, tarixin bütün dönəmlərində ad-san qazanmış şəxslər çox olublar. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Bu kimi halların varlığı bütün dönəmlərdə olmuş və bu gün də özünü təsdiq etməkdədir. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Mirvari xanım Zeynalova, bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb. Şəki Regional Mədəniyyət İdarəsinin müdiri Mirvari xanım Zeynalova, öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Mirvari xanım özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Mirvari xanım Zeynalova tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.
Hər kəsə bəllidir ki, Mirvari xanım Zeynalova yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Mirvari xanım Zeynalova, bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Mirvari xanım Zeynalova elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz. O da hər kəsə bəllidir ki, Regional Mədəniyyət İdarəsinin müdiri Mirvari xanım Zeynalova yüksək elmi savada və texniki biliyə malik olan vəzifə sahibidir. Məhz, belə bir səbəblər üzündəndir ki, o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları da əldə edir. Bu şəxsin hər zaman ölkə rəhbəri cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri, həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Xarakterik xüsusiyyətində sadəliyi, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibəti üstün tutması, məhz Mirvari xanım Zeynalova hər an başucalığı gətirməkdədir. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini də göstərir. Mirvari xanım Zeynalova ona həvalə olunan hər bir işin öhdəsindən yüksək professionallıqla gəlməyi də bacarır. Bəli, o, bugünə kimi hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, çox hörmətli Mirvari xanım Zeynalovanın əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir.


Yusif Məhəmmədoğlu
15-05-2020, 10:54
Geri dön