DataLife Engine / ADPU-nun Quba filialının direktorundan ilk və nümunəvi addım

ADPU-nun Quba filialının direktorundan ilk və nümunəvi addım

ADPU-nun Quba filialının direktorundan ilk və nümunəvi addım



Məlum olduğu kimi mövcud pandemiya vəziyyəti ilə əlaqədar olaraq təlim, tədris prosesi internet üzərindən onlayn formada həyata keçirilir. Təbii ki, bu dərslərə tələbələrin əksəriyyəti qoşulsa da bəzi tələbələr bu və ya digər səbəblərdən internetə çıxış imkanları olmadığından, onlayn dərslərə rahat qoşula bilmirlər. Bu durumda olan tələbələri düşünən filial direktoru dosent Yusif Alıyev daha bir ilk və nümunəvi addım atıb.
Yusif Alıyev smartfonlarında internet balansı olmayan tələbələrin siyahısını hazırladaraq, onların onlayn dərslərə qoşulması üçün internet balanslarını artırmaq məqsədilə özünün aylıq maaşından 400 manat ayırıb. Belə ki, artıq filailın qeydiyyata alınmış 100-ə yaxın tələbəsinə internet paketi yüklənilməsi işinə başlanılmlşdır. Onun bu nəcib təşəbbüsü tələbələr və dərs deyən müəllimlər tərəfindən böyük rəğbət və təqdirlə qarşılanıb.
Yusif Alıyev bildirib ki, dövlətin təhsil siyasətinə rəğmən deyə bilərəm ki, təhsilə, tələbəyə qoyulan kapital itmir, nə zamansa bu dövlətə, cəmiyyətə öz müsbət töhfəsini verəcəkdir. Biz inanırıq ki, bütün gücümüzü səfərbər edərək tələbələrin yüksək təhsil almasına yönəltdiyimizdən böyük ümidlərimiz doğrulacaq və tələbələrimiz yüksək ixtisaslı kadrlar kimi doğma Azərbaycanımızın dörd bir yanında öz şərəfli peşələrini layiqincə yerinə yetirərək ölkəmiz üçün ləyaqətli vətəndaşlar yetişdirəcəklər ki, biz də onlara baxıb qürur duyacağıq.
Biz də redaksiyamız adından ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyevin bu gözəl və nəcib təşəbbüsünü alqışlayır, təqdir edir və ona uğurlar arzulayırıq.

Cavidan Orucov
23-04-2020, 16:00
Geri dön