DataLife Engine / Prezidentin köməkçisindən karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA


Prezidentin köməkçisindən karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA

“Ölkəmizdə vəziyyətin hər zaman dəyişmə dinamikası baş verə bilər”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu gün qənaətbəxş hesab edilən vəziyyət dəyişə də bilər.

“Hazırda sanitar-epidemioloji vəziyyət kompleks şəkildə qiymətləndirilir. Karantin rejiminin uzadılması ilə bağlı lazımi və zəruri qərarlar qəbul ediləcək”, - deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.
16-04-2020, 17:35
Geri dön