DataLife Engine / Türkiyədə koronavirusa yoluxanların sayı 10 mini keçdi

Türkiyədə koronavirusa yoluxanların sayı 10 mini keçdi

Türkiyədə koronavirusa yoluxanların sayı 10 mini keçdi


Türkiyədə koronavirusa yoluxma hallarının sayı artmağa davam edir.

Xeberleragentliyi.com xəbər verir ki, son gün ərzində xəstələrin sayı daha 1600 nəfər artaraq, 10 827-ə çatıb.

Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

O qeyd edib ki, daha 37 nəfər koronavirusun qurbanı olub, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 168 nəfərə yüksəlib.

“Bu gün 11 535 test keçirilib, onlardan 1 610-u müsbət olub, bizdə 10 827 koronavirusa yoluxmuş xəstə var. Bu gün 37 nəfəri itirdik, ölənlərin ümumi sayı 168 nəfərdir. Cəmi 162 xəstə sağaldı, 725 nəfər reanimasiyadadır”, - deyə nazir “Twitter”də paylaşım edib.

30-03-2020, 23:17
Geri dön