Ana səhifə > Arxiv / Gündəm > Bakıda avtobus gözləmə zallarına giriş dayandırıldı

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Bakıda avtobus gözləmə zallarına giriş dayandırıldı


25-03-2020, 14:13. Müəllif: cavidan
Bakıda avtobus gözləmə zallarına giriş dayandırıldı

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki gözləmə zallarına giriş müvəqqəti olaraq dayandırılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev məlumat verib


Onun sözlərinə görə, gözləmə zallarına girişin məhdudlaşdırılması xüsusi karantin rejimi ilə əlaqədardır:

“Ölkə ərazisində bir ay davam edən karantin rejimi müddətində sərnişinlərin qapalı məkanda toplaşmasının qarşısını almağa çalışırıq. Nəzərə almaq lazımdır ki, qapalı məkanlarda xəstəliyə yoluxma riski daha da yüksək olur. Sərnişinlərdən bu məsələyə anlayışla yanaşmalarını və avtobusları perronlarda gözləmələrini xahiş edirik”.


Geri qayıt