DataLife Engine / Koronavirus bitməmiş hantavirus meydana çıxdı

Koronavirus bitməmiş hantavirus meydana çıxdı

Koronavirus bitməmiş hantavirus meydana çıxdı


Bütün dünya koronavirusun yayılması ilə məşğul olduğu bir vaxtda Çindən yeni virus meydana gəlib.

Takvim.com.tr xəbər verir ki, Çində 32 nəfər hantavirus üzündən karantinə alınıb.

Bazar ertəsi Çinin Yunnan əyalətindən Şandonq əyalətinə qayıdan bir nəfər ölüb. Test nəticəsində onun hantavirusdan öldüyü təsdiqlənib.

Bəs hantavirus nədir? Ona yoluxmanın əlamətləri hansılardır və necə yayılır?

Hantavirusun bir çox növünə Şimali və Cənubi Amerikada rast gəlinir. Bu virusun ən çox yayıldığı ölkələr Argentina, Çili, Braziliya, ABŞ, Kanada və Panamadır. Bundan başqa, Çin, Koreya və Rusiyada da nadir hallarda müşahidə edilir.

Əsasən, Amerika qitəsində rast gəlinən və bir çox növü olan hantavirus infeksiyası vəhşi siçanların nəcisi və ya ağız suyu ilə ifraz olunaraq toz halında havaya buraxılır və tənəffüs vasitəsilə insanlara yoluxur. Bundan başqa, bu virusa təbiətdə yetişən tərəvəz və meyvələrlə, eyni zamanda virusu daşıyan gəmiricinin dişləməsi nəticəsində yoluxmaq mümkündür. Bu virusa yoluxan insanlarda hərarət və titrəmə, böyrək funksiyasının pozulması, baş, əzələ, qol və bel ağrısı, ürəkbulanma və ya qusma, ishal, müvəqqəti olaraq bulanıq görmə, öskürək, tənəffüsün pozulması, dəridə qaşınma kimi əlamətlər müşahidə edilir.

2013-2018-ci illərdə Argentinada hantavirusdan 111 nəfərin öldüyü bildirilir.

Hantavirusdan yaranan, Ümumdünya Səhiyyə Təşkilatının “Hantavirus böyrək sindromu” (HPS) adı verdiyi xəstəlik insandan insana keçmir.

Alimlərin dediyinə görə, hantavirus infeksiyasının müalicəsi üçün hansısa xüsusi müalicə və ya peyvənd tapılmayıb.
24-03-2020, 23:49
Geri dön