Ana səhifə > Arxiv / Son Xəbərlər > Səhiyyə naziri: “Virusa yoluxan şəxslərdən sağalanlar artıq evlərinə buraxılıblar”

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Səhiyyə naziri: “Virusa yoluxan şəxslərdən sağalanlar artıq evlərinə buraxılıblar”


24-03-2020, 21:21. Müəllif: cavidan
Səhiyyə naziri: “Virusa yoluxan şəxslərdən sağalanlar artıq evlərinə buraxılıblar”

“Bu gün 10 minə yaxın şəxsə koronavirus şübhəsi ilə test edilib”.

Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin efirində yayımlanan “Hədəf” televiziya proqramında qonaq olarkən deyib.

Onun sözlərinə görə, bura həm turistlər, həm də risk qrupuna aid olan şəxslər daxildir: “Bu gün səhiyyə sistemi gücləndirilmiş iş rejimində çalışır. Həkimlər daim xəstələri nəzarətdə saxlayırlar. Bunun nəticəsidir ki, virusa yoluxan şəxslərdən sağalanlar artıq evlərinə buraxılıblar. Bu da bizə ümid verir ki, hər şey müsbətə doğru dəyişəcək”.
Geri qayıt