Ana səhifə > Arxiv / Siyasət > İlham Əliyev müxalifət partiyalarının rəhbərlərini təbrik etdi – İLK DƏFƏ

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


İlham Əliyev müxalifət partiyalarının rəhbərlərini təbrik etdi – İLK DƏFƏ


21-03-2020, 13:35. Müəllif: cavidan
İlham Əliyev müxalifət partiyalarının rəhbərlərini təbrik etdi – İLK DƏFƏAzərbaycan Prezidenti İlham Əliyev ölkənin bir sıra müxalifət partiyalarının liderlərini və ictimai-siyasi xadimləri Novruz bayramı münasibəti ilə təbrik edib.

BakuPost xəbər verir ki, Prezidentin təbrikini partiya sədrlərinə və digər simalara Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev telefonla zəng edərək çatdırıb. O deyib ki, Prezidentin tapşırığı ilə şəxsən onun adından partiya sədrlərinə, ictimai xadimlərə və onların ailələrinə xüsusi təbrikini çatdırır.
Azərbaycanın müstəqil tarixində ilk dəfədir ki, bələ hadisə baş verir. Prezidentin bu jesti maraqla qarşılanıb. əksər partiyalar bununla bağlı öz minnətdarlığını çatdırıblar. Məsələn, Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa özünün feysbuk səhifəsində ölkə başçısının bu təbrikini yüksək qiymətləndirdiyini, bu alicənablığa görə ona təşəkkür etdiyini yazıb:

"Bu təbriki Böyük Quruluş Partiyasının başqanı kimi Şəxsimə də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev telefonla zəng edərək çatdırıb. Mən də Böyük Quruluş Partiyasının üzvləri adından cənab Prezidentin Novruz bayramını təbrik edərək, ona can sağlığığı diləyimizi çatdırdım, ölkəmizin üzləşdiyi bu çətin şəraitdə atdığı bütün zəruri addımları dəstəklədiyimizi bildirdim. Bu həqiqətən də Azərbaycanda yeni bir münasibətlər sisteminin başlanması deməkdir. Çünki ölkəmizdə hər bir müsbət irəliləyiş siyasi qüvvələr arasında sağlam münasibətlərin yaranması ilə mümkündür. Bu alicənab addımına görə cənab Prezidentə bir daha təşəkkürümü bildirirəm”.

Geri qayıt