DataLife Engine / Qazax Səhiyyəsində özbaşnaçılıq..

Qazax Səhiyyəsində özbaşnaçılıq..

Qazax Səhiyyəsində özbaşnaçılıq..

Dünən Qazax Səhiyyə Şöbəsinin özbaşnalıqlarından yazmışdıq və onu da qeyd eləmişdik ki, araşdırmalarımız davam edəcək.

Məlumat üçün bildirək ki, Qazax rayon Mərkəzi Xəstaxanasının Baş həkimi Sevda xanımın və müavini Allahverdi həkimin korrupsiya bulaşması heç də yeni məlumat deyil. Bu iki şəxs birləşərək ən çox da 1991-1994 -ci illərdə Azərbaycan torpaqlarının azadlığı uğrunda döyüşən və yaralanan Qazilərimizə qan uddururlar. Belə ki, xəstəlikləri üzrə müalicə alan və hərbi həkim komissiyalarından yaralandıqları üçün rəsmi sənəd alan Qazilərimiz Sevda və Allahverdi həkimlər tərəfindən haqsız yerə incidilir. Belə ko, həmin Qazilərin bir çoxu ordudan təxris olunandan sonra sənədlərini düzəltməyiblər və ya düzəltdikləri sənədlərin bir çoxunu da bu sənəd dəllalları itiriblər. Bildiyimiz kimi döyüşdə yaralanan Qazilərimizin bir çox başlarından, yami kəllə beyin travması alıblar. Başlarında və bədənlərinin bir çox yerlərində çapıq və yara izləri qalmaqdadır. Amma Qazax rayon Mərkəzi Xəstəxanasının nervipotoloqu Sonaya həkim və xəstəxana rəhbərliyi iddi edirlər ki, Hərbi Həkim Komissiyalarının verdikləri Tibbi rəylər saxtadır. Sizin gərək yaralarınızdan qan gəlsin ki, biz inanaq ki, sizlər həqiqətən də yaralanmısız. Belə savadsızlara, həkim adlarına laiq olmayan Sevda Allahverdi və Sonaya tiriosuna başa salmaq lazımdır ki, 27 və ya 28 il il qabaq baş verən xəstəlik və ya yara yerlərindən indi qan gəlməz. Bu qansızlar bunları bildikləri halda belə yenə də Qazilərimizi incitməkdə davam edirlər. Ancaq rüşvətin müqabilində istədiklərini gerçəkləşdirə bilirlər. Yani bir sözlə Qarabağ Qaziləri bu üç şəxsin saxtakar əməlləri üzündən pis gündədirlər. Qarabağ Qaziləri deyir ki, korono virusundan sağalmaq olar amma belə rüşvətxorlardan sağalmaq mümkün deyil. Bunlar yalnız işdən çıxarılmamalıdır həm də həps olunmalıdır.

Xeberleragentliyi.com
21-03-2020, 11:40
Geri dön