DataLife Engine / Bakının üç rayonunda əməliyyat: 6 həbs

Bakının üç rayonunda əməliyyat: 6 həbs

Bakının üç rayonunda əməliyyat: 6 həbs

Bakıda polis oğurluq hadisələrinin üstünün açılması, narkotik vasitələri yayan şəxslərin tutulması üçün bir sıra əməliyyat tədbirləri keçirilib.

Teleqraf.com xəbər verir ki, Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 2 avtomobildən pul və sənədlər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Məmmədov saxlanılıb.

Bundan başqa, oğurluğa cəhd etdiyinə görə tutulmuş E.Mustafayevin və M.Xəlilovun ətraflarında Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsində araşdırma aparılıb.

Əməliyyat tədbirləri ilə onların Balakən rayon sakini, əvvəllər məhkum olunmuş T.Hacıyevlə birgə martın 11-də rayon ərazisindəki mağazaların birindən içərisində 1213 manat olan seyfi oğurlamaları müəyyən edilib.

Daha bir oğurluq faktının üstü Yasamal rayonunda açılıb. 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-də rayon ərazisində “Jeep” markalı avtomobildən pul, 6000 manat dəyərində mobil telefon, 1500 manat dəyərində ətir və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nemətov saxlanılıb.

Pirallahı rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Məlikov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 482 qram marixuana aşkar edilərək götürülüb.

19-03-2020, 17:17
Geri dön