Ana səhifə > Arxiv / Hadisə > SOCAR-ın əməkdaşı intihar etdi

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


SOCAR-ın əməkdaşı intihar etdi


19-03-2020, 14:56. Müəllif: cavidan
SOCAR-ın əməkdaşı intihar etdi


Salyan rayonunda intihar hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayonun Xıdırlı kənd sakini, 1964-cü il təvəllüdlü Tarıverdiyev Mehdi Mirzə oğlu özünü gecə saatlarında yaşadığı evin həyətindəki tikilidə asaraq intihar edib. Onun meyitini səhər saatlarında ailə üzvləri aşkarlayıb.

Bildirilir ki, SOCAR-ın "Nəriman Nərimanov” adına Neft Qaz Çıxarma İdarəsində işləyən M.Tarverdiyevin səhhətində xeyli müddət imiş ki, problemlər varmış. O daha əvvəl də bir neçə dəfə intihara cəhd edib və ailə üzvlərinin müdaxiləsi ilə məqsədinə nail ola bilməyib.

Faktla bağlı Salyan rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Geri qayıt