DataLife Engine / Sumqayıtda icra nümayəndəliyinin binası yandı

Sumqayıtda icra nümayəndəliyinin binası yandı

Sumqayıtda icra nümayəndəliyinin binası yandı


Sumqayıtda icra nümayəndəliyinin binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şəhərin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 150 m² olan qəsəbə icra nümayəndəliyinin yerləşdiyi birmərtəbəli, taxta konstruksiyalardan ibarət binanın tavanı və çardağı 80 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
19-03-2020, 12:08
Geri dön