DataLife Engine / Ərdoğandan gözlənilməz addım

Ərdoğandan gözlənilməz addım

Ərdoğandan gözlənilməz addım

Ərdoğan Aİ-nin iclasını vaxtından əvvəl tərk edib



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Belçikanın paytaxtı Brüsseldə bir günlük ziyarətdə olub. AYNA xəbər verir ki, ilk olaraq NATO-nun Baş katibi Jens Stoltenberq ilə görüşən Ərdoğan daha sonra Avropa İttifaqı (Aİ) şurasının sədri Çarlz Mişel və Aİ Komissiyasının sədri Ursula von der Leyen ilə görüşüb.



Lakin Türkiyə Prezidenti, Çarlz Mişel və Von der Leyenin iştirak etdiyi ortaq mətbuat konfransına qatılmayıb. Bundan əlavə, Ərdoğan və onu müşayiət edən türkiyəli rəsmilərin iclası vaxtından əvvəl tərk etdiyi bildirilib.



“France 24” informasiya agentliyinin məlumatında Ərdoğanın görüşdən sonra gərgin olduğu və mətbuat konfransında iştirak etmək əvəzinə birbaşa hava limanına getdiyi qeyd olunub.

10-03-2020, 12:17
Geri dön