DataLife Engine / Azərbaycanda AĞIR QƏZA: 3 nəfər öldü

Azərbaycanda AĞIR QƏZA: 3 nəfər öldü

Azərbaycanda AĞIR QƏZA: 3 nəfər öldü


Bakı-Quba yolunun Siyəzən rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş vermiş yol qəzasında 3 nəfər ölüb.

APA-nın şimal bürosunun məlumatına görə, gecə saat 02:00 radələrində baş verən qəzada 38 yaşlı Elxan Şövkət oğlu Əhmədovun idarə etdiyi "Renault" markalı avtomobillə "KamAZ" markalı yük avtomobili toqquşub.

Nəticədə sürücü - Siyəzənin Böyük Həmyə kənd sakini Elxan Əhmədov, onun sərnişinləri - Siyəzən sakinləri, 26 yaşlı Şamo Zəbiulla oğlu Əliyev, 29 yaşlı Turan Mahir oğlu Əsgərov hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
6-03-2020, 09:54
Geri dön