DataLife Engine / Ağ Ev: “Koronavirusun yayılması ABŞ iqtisadiyyatına mənfi təsir göstərəcək”

Ağ Ev: “Koronavirusun yayılması ABŞ iqtisadiyyatına mənfi təsir göstərəcək”

Ağ Ev: “Koronavirusun yayılması ABŞ iqtisadiyyatına mənfi təsir göstərəcək”

Koronavirusun yayılması ABŞ iqtisadiyyatına ilin ilk rübündə mənfi təsir göstərəcək.

Bu barədə ABŞ Prezidenti Donald Trampın iqtisadi məsələlər üzrə müşaviri Lourens Kadlou “Fox News” telekanalında danışıb.

O qeyd edib ki, koronavirusun yayılması ÜDM-in (Ümumi Daxili Məhsul) artımına ilin ilk rübündə mənfi təsir göstərəcək.

Qeyd edək ki, L.Kadlou bir neçə gün əvvəl Çindəki epidemiyanın ABŞ iqtisadiyyatında heç bir itkiyə səbəb olmayacağını bildirib.
15-02-2020, 14:16
Geri dön