DataLife Engine / Bakıda marketə basqın edib satıcını öldürdülər – DƏHŞƏTLİ QƏTL

Bakıda marketə basqın edib satıcını öldürdülər – DƏHŞƏTLİ QƏTL

Bakıda marketə basqın edib satıcını öldürdülər – DƏHŞƏTLİ QƏTL


Bakıda törədilmiş qətlin üstü açılıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, fevralın 9-na keçən gecə saat 23 radələrində Xətai rayonu Zığ yolu 22 ünvanında yerləşən marketdə 1958-ci il təvəllüdlü Əliyev Bəxtiyar Yusif oğlunu bıçaqlayaraq öldürən şəxsin qonşusu, 1996-cı il təvəllüdlü Ağasənov İsmayıl Nizami oğlu olması üzə çıxıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, 24 yaşlı İsmayıl pul əldə etmək üçün gecə saatlarında bıçaq götürərək 62 yaşlı Bəxtiyar liyevin satıcı işlədiyi marketə basqın edib. O, özündən 38 yaş böyük şəxsə bıçaqla ağır zərbə endirib. Yaralı daha sonra hadisə yerinə gələn şəxslərin köməkliyi ilə Sabunçudakı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən şəxs artıq tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı açılan cinayət işinin istintaqı davam etdirilir.
10-02-2020, 15:59
Geri dön