DataLife Engine / Siqaretin qiyməti qalxdı: Mağazalar “limit”lə satır

Siqaretin qiyməti qalxdı: Mağazalar “limit”lə satır

Siqaretin qiyməti qalxdı: Mağazalar “limit”lə satır


Bəzi köşklər siqaretin qiymətini bahalaşdırıb.

Yenisabah.az xəbər verir ki, həmin köşklər qiyməti 2 manata qədər olan siqaretləri 10 qəpik, 2 manatdan yuxarı olanları isə 20 qəpik baha satır.

Bir sıra satış nöqtələrində isə siqaret əvvəlki qiymətə olsa da, “limit”lə satılır. Belə ki, alıcılara 2 qutudan artıq verilmir.

Apardığımız araşdırma zamanı bəlli olub ki, bu, siqaretlərin yaxın günlərdə bahalaşacağı barədə xəbərlərlə əlaqədardır. Həmçinin, topdansatış məntəqələri də pərakəndə satış obyektləri üçün limit tətbiq edib.
27-01-2020, 11:52
Geri dön