DataLife Engine / 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən YAP-ın deputatlığa namizədi .

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən YAP-ın deputatlığa namizədi .

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən YAP-ın deputatlığa namizədi .


Ceyhun Məmmədov Sumqayıtda məskunlaşan cəbrayıllı məcburi köçkünlərlə
görüş keçirib
18 YANVAR 2020
9 fevral Parlamentə keçiriləcək növbədənkənar seçkilərinin təbliğat-təşviqat
kampaniyası çərçivəsində Yanvarın 18-də 120 saylı Cəbrayıl-Qubadlı seçki
dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Ceyhun
Valeh oğlu Məmmədov Sumqayıtda məskunlaşan cəbrayıllı məcburi köçkünlərlə
görüş keçirib.
Görüşdə YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Rayon
Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov, Sədr müavini Əyyub Quliyev,
Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Cəbrayıl rayon təşkilatının sədri Arif
Fərzəliyev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan bəhs edib. Ulu öndər
Heydər Əliyevin yaradıcısı olduğu Partiyanın bu gün ölkəmizin ictimai-siyasi
həyatının aparıcı qüvvəsinə çevrildiyini qeyd edib. Heydər Əliyev ideyalarını
özünün ideoloji və siyasi mübarizəsinin əsas silahı kimi mənimsəyən Yeni
Azərbaycan Partiyası ötən 28 il ərzində bir çox uğurlara imza atıb. O, Yeni
Azərbaycan Partiyasına Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin rəhbərlik etməsi, onun yorulmaq bilməyən titanik fəaliyyəti, partiyamızın
inkişafının və qazandığı uğurların əsasını təşkil etdiyini bildirib. A.Fərzəliyev
qarşıdan gələn parlament seçkiləri haqqında danışıb, seçkilərdə YAP tərəfindən ən
layiqli namizədlərin irəli sürüldüyünü qeyd edib.
Ceyhun Məmmədov görüş zamanı bildirib ki, Azərbaycanın siyasi həyatında
özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının hakimiyyəti dövründə
respublikada siyasi sabitlik təmin olunmuş, dövlətimizin müstəqilliyi
möhkəmləndirilmiş, ölkə iqtisadiyyatı daha da inkişaf etmişdir. O qeyd edib ki,
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin həyata keçirilməsi
nəticəsində ölkəmizdə stabillik və əmin-amanlıq yaradılmış, dərin islahatlar həyata
keçirilmiş, xalqımıza firavan gələcək vəd edən iqtisadi uğurların təməlləri
qoyulmuş, insan hüquq və azadlıqları təmin olunmuşdur. Bu gün həmin siyasət
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilir və özünün yeni bəhrələrini verir.
Ceyhun Məmmədov seçicilərə müraciətlə vurğulayıb ki, ona göstərilən
etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək. Ölkənin daha da inkişafı və
tərəqqisinə xidmət edən yeni qanunvericilik aktlarının hazırlanmasında iştirak
edəcəyini qeyd edən Ceyhun Məmmədov idarəetmə sahəsində islahatların daha da səmərəli olması üçün yeni qanunların qəbul edilməsinə çalışacağını bildirib. Ceyhun
Məmmədov ölkənmizdə bütün sahələrin yüksələn xətlə inkişaf etdiyini
vurğulayaraq, səhiyyənin daha əl çatan olması, təhsilin səviyyəsinin daha da
yüksəldilməsi, gənclərdə elmə, biliyə marağın artırılması istiqamətində çalışacağını
bildirib. O, qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin daha da
yüksəldilməsi, onların evlə təmin olunması üçün addımlar atacağını, Dağlıq Qarabağ
münaqişəsinin həllində bütün imkanları səfərbər edəcəyini, Qarabağ həqiqətlərinin
dünyada daha geniş təbliğinə çalışaçağını vurğulayıb.
Ceyhun Məmmədov həmçinin, Azərbaycan Milli Ordusunun hərbi qüdrətinin
və döyüş qabiliyyətinin daha da artırılması işində, gənclərdə vətənpərvərlik ruhunun
gücləndirilməsində fəal olacağını qeyd edib.
Milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması işində,
milli-mənəvi dəyərlərin təbliğində, gənclər siyasətinin həyata keçirilməsində,
onların milli vətənpərvərlik ruhunda yetişdirilməsində fəal iştirak edəcəyini bildirib.

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən YAP-ın deputatlığa namizədi .
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən YAP-ın deputatlığa namizədi .
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən YAP-ın deputatlığa namizədi .
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən YAP-ın deputatlığa namizədi .
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən YAP-ın deputatlığa namizədi .
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən YAP-ın deputatlığa namizədi .
18-01-2020, 20:46
Geri dön