DataLife Engine / Meteohəssas insanlara xəbərdarlıq

Meteohəssas insanlara xəbərdarlıq

Meteohəssas insanlara xəbərdarlıq

Abşeron yarımadasında xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir



Bakıda və Abşeron yarımadasında yanvarın 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, duman olacağı gözlənilir. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.



Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.



Azərbaycanın rayonlarında



Yanvarın 18-də hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.



Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.



Tibbi-meteoroloji proqnoz



Yanvarın 18-də Abşeron yarımadasında xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
17-01-2020, 21:52
Geri dön