Ana səhifə > Arxiv / Təhsil > ADPU-nun Quba Filialında daha bir açıq dərs keçirilib

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


ADPU-nun Quba Filialında daha bir açıq dərs keçirilib


8-11-2019, 19:40. Müəllif: cavidan

 ADPU-nun Quba Filialında daha bir açıq dərs keçirilib

8 noyabr 2019-cu il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının “Tarix və coğrafiya müəllimliyi” ixtisasının 4-cü tədris ilinin 416-cı qrupunda “Əhalinin coğrafiyası” fənnindən açıq dərs keçirildi. Fənn müəllimi Təbiət fənləri və onun metodikası kafedrasının baş müəllimi Elbrus Əhmədov müasir dərsin qaydalarına uyğun olaraq, tələbə-müəllim metodundan istifadə etdi. Belə ki, həmin qrupun tələbəsi Zülfüqar Mayılov hazırladığı slayd şou ilə dərsi keçdi. Dərsin mövzusu “Dinlərin coğrafi yayılması” idi.
Açıq dərsdə dinləyici qismində filialın direktoru dosent Yusif Alıyev, Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, Təbiət fənləri və onun metodikası kafedrasının baş müəllimi Nurbala Süleymanov, Ümumi şöbənin müdiri Sahilə Ağasıyeva, fakültənin tyutoru, həmçinin filialın mətbuat katibi Xəyalə Ələkbərova, Tələbə Elmi Cəmiyyətinin(TEC) sədri Türkanə Abışova iştirak etdilər.
Dərsdə əsasən dünyanın müxtəlif dinlərindən- Fetişizm, Totemizim, Əcdadlara, Yaxud Ölülərə Sitayiş, Şamanizm, Biudaizm, Konfutsiçilik, Daosizm, Sintoizm, Hinduizm (ən qədim din sayılır), Buddizim, Xristianlıq, Islam və s. dinlərin yaranması, yayılması və qanunları haqqında geniş müzakirələr, diskusiyalar oldu. Tələbələr çox fəal şəkildə mövzuya olan münasibətlərini bildirdilər. Sonda filialın direktoru Yusif Alıyev də öz fikirlərini bildirdi. O, tələbələrə mövzuyla əlaqəli öz bildiyi məlumatlardan verərək, münasibətini bildirdi.Dosent Yusif Alıyev həm də dərsin müzakirəsi zamanı tələbələrə dinlərin yaranması, yayılması haqqında, dövlətçilik ənənələrimizin qorunmasının, gələcək nəsillərə ötürülməsinin vacibliyi haqqında, müasir dövrdə Azərbaycanın multikultural dəyərlərə malik olmasının əhəmiyyəti haqqında ətraflı məlumat verdi
O xüsusilə tələbələrə müstəqilliyimizin qorunması, tariximizin öyrənilməsi və gənc nəslə aşılanması, milli-mənəvi dəyərlərimizin təbliği, dini radikalizmin zərərləri, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyi haqqında məlumat verdi.Sonda tələbələr direktorun verdiyi məlumatların dolğunluğu, özünün səmimi davranışı, tələbələrə, təhsilimizə, gənc nəslə göstərdiyi diqqət və qayğısı üçün təşəkkür etdilər, bildirdilər ki, bu səmimi münasibət onlara yeni layihələrə imza atmaqda, savadlı kadr kimi yetişmək üçün əllərindən gələni etməkdə ruh yüksəkliyi yaradır.

 ADPU-nun Quba Filialında daha bir açıq dərs keçirilib
 ADPU-nun Quba Filialında daha bir açıq dərs keçirilib
 ADPU-nun Quba Filialında daha bir açıq dərs keçirilib
 ADPU-nun Quba Filialında daha bir açıq dərs keçirilib
 ADPU-nun Quba Filialında daha bir açıq dərs keçirilib
 ADPU-nun Quba Filialında daha bir açıq dərs keçirilib
 ADPU-nun Quba Filialında daha bir açıq dərs keçirilib
Geri qayıt