Ana səhifə > Arxiv / Dünya > Ərdoğan: "Barış Pınarı" əməliyyatına davam edəcəyik

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Ərdoğan: "Barış Pınarı" əməliyyatına davam edəcəyik


8-11-2019, 16:47. Müəllif: cavidan
Ərdoğan: "Barış Pınarı" əməliyyatına davam edəcəyik

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Suriyada keçirilən əməliyyatla bağlı yeni açıqlamalar verib.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan "Barış pınarı" əməliyyatına davam ediləcəyini bildirib. Türkiyə prezidenti YPG qruplarının müəyyən qədər geri çəkilsə də türk və azad Suriya ordusuna atəş açdığını söyləyib: "Bəhs edilən bölgədə son terrorçu zərərləşdirilənə qədər bu işi sonlandırmayacağıq. Terrorçular hazırda olduqları yerlərdən bizə atəş açır. Dünən YPG hücumu nəticəsində Azad Suriya Ordusundan 11 nəfər şəhid olub.

Təbii ki, onlar da layiqincə qarşılıq verdilər və 10-dan çox terrorçu öldürüldü. Biz əməliyyatlara daha qərarlı şəkildə davam edəcəyik".
Geri qayıt