Ana səhifə > Arxiv / Son Xəbərlər > Beyləqanda yol kənarında tapılan qız döyülməyib - SƏBƏB AÇIQLANDI

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Beyləqanda yol kənarında tapılan qız döyülməyib - SƏBƏB AÇIQLANDI


9-10-2019, 17:46. Müəllif: cavidan
Beyləqanda yol kənarında tapılan qız döyülməyib - SƏBƏB AÇIQLANDI

Beyləqanda yol kənarında huşsuz tapılan 18 yaşlı qızın ölüm səbəbi bilinib.

Oxu.Az xəbər verir ki, günorta saatlarında xəstəxanada vəfat edən Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı döyülməyib.
Meyitin müayinəsi zamanı məlum olub ki, A.Quliyevanı maşın vurub.

Yuxarı Aran kənd bələdiyyəsindən Oxu.Az-a verilən məlumata görə, A.Quliyevanın ailəsində hər hansı problem olmayıb. Hazırda onlar da hadisənin təsirindədir. A.Quliyevanın iki bacısı və üç qardaşı var.
Qeyd edək ki, faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət məcəlləsinin 263.2-ci maddəsi (ölümlə nəticələnən Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) ilə cinayət işi başlanıb.
Geri qayıt