Ana səhifə > Arxiv / Siyasət > Prezident İlham Əliyev Teymur Rəcəbovu təbrik edib

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Prezident İlham Əliyev Teymur Rəcəbovu təbrik edib


5-10-2019, 10:07. Müəllif: cavidan
Prezident İlham Əliyev Teymur Rəcəbovu təbrik edib

Prezident İlham Əliyev Qrossmeyster Teymur Rəcəbova təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Əziz Teymur, Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışlarda qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

Sən yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək qazandığın bu qələbə ilə Dünya Kubokunun sahibi olan ilk şahmatçımız kimi Azərbaycan idmanının tarixində şanlı səhifə açdın.

Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm".
Geri qayıt