Ana səhifə > Arxiv / Dünya > "Dorian" 40-dan çox can aldı

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


"Dorian" 40-dan çox can aldı


7-09-2019, 13:00. Müəllif: cavidan
"Dorian" 40-dan çox can aldı



Baham adalarında "Dorian" qasırğası nəticəsində azı 43 nəfər həlak olub.

"RT"nin verdiyi xəbərə görə, bu barədə Baham adalarının baş naziri Hyunert Minnisin nümayəndəsi açıqlamasında bildirib.

"Dorian" qasırğasına görə 43 ölüm faktı qeydə alınıb. Dağılmış Baham adalalarında qəza və təcili xidmətlər işini davam etdirdikcə, bu sayın xeyli artacağı ehtimal olunur", - məlumatda deyilir.

Qeyd edək ki, daha öncə 30 nəfərin həlak olduğu barədə məlumat verilmişdi.

Adalarda qasırğa daşqına səbəb olub. Evlər su altında qalıb. "Dorian" evlərin damını uçurub və avtomobilləri aşırıb.


Geri qayıt