Ana səhifə > Arxiv / İqtisadiyyat > Dövlətin artan yükü: Sığorta da bir əldə cəmləşir? - TƏHLİL

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Dövlətin artan yükü: Sığorta da bir əldə cəmləşir? - TƏHLİL


30-08-2019, 14:18. Müəllif: cavidan
Dövlətin artan yükü: Sığorta da bir əldə cəmləşir? - TƏHLİL

2019-cu ildə “Tibbi sığorta haqqında” Qanuna dəyişikliklər təsdiqləndi.

2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeniliyə görə, tibbi xidmət və dərman yardımı alınmasına təminat verən tibbi sığorta icbari və könüllü formada həyata keçirilir.

İcbari tibbi sığorta onun öz maliyyə mənbələri hesabına tibbi yardımı, könüllü tibbi sığorta əlavə tibbi xidmət və dərman yardımı alınmasını təmin edir.

Ötən il dekabrın 20-də dövlət başçısı icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlərə fərman verib. Sənəd İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) adlı publik hüquqi şəxs yaratmasını nəzərdə tutur. Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan bir çox tibb müəssisəsi 2020-ci il yanvarın 1-dən TƏBİB-in tabeliyinə veriləcək.

TƏBİB 2020-ci ildə tətbiqi nəzərdə tutulan icbari tibbi sığorta sisteminə keçidi təmin etməlidir. İcbari tibbi sığorta sistemi çərçivəsində xidmətlər zərfi baza hissəsi və əlavə hissədən ibarət olacaq. Xidmətlər zərfinin baza hissəsinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəsinə isə ixtisaslaşdırılmış tibbi yardım aiddir. Pulsuz olacaq xidmətlər zərfinin baza hissəsindən ölkədə daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də istifadə edə biləcəklər. Baza hissəsi üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödənəcək. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir. Bu haqq işəgötürənin hesabladığı əməyin ödənişi fondunun aylıq 2 faizi, sığortaolunanın - işçinin əməkhaqqının aylıq 2 faizi qədər müəyyən edilir. İxtisaslaşmış tibbi yardım haqqını ödəməkdən azad edilən şəxslər, yəni işləməyənlər üçün xidmətlər zərfinin əlavə hissəsi illik 120 manat məbləğində olacaq.

Qeyd edək ki, icbari tibbi sığorta əhalinin sosial müdafiəsi formasıdır və sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər sistemidir. İcbari tibbi sığorta, eyni zamanda sığorta olunanlara baza zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verir. İcbari tibbi sığortanın məqsədi səhiyyə sahəsində mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etməkdir.

“Cümhuriyət” qəzeti xəbər verir ki, artıq icbari tibb sığortanın şərtləri təqribən də olsa, müəyyənləşib. İcbari tibbi sığortanın tətbiqinə digər sığorta şirkətlərinin də qoşulacağı gözlənilirdi. Nəticədə sığorta yükü artıracaqdı. Yükün artması hesabına da ixtisaslaşmış beynəlxalq sığorta şirkətlərinin Azərbaycan bazarına buraxılması və yükün bir hissəsini öz üzərinə götürməsi də gözləntilər içərisində idi. Bu da öz növbəsində ölkədə ölmüş sığorta bazarında rəqabətli mühiti yaradacaqdı. Əks halda, sözügedən qərarın effektivliyindən danışmağa dəyməz. Amma gözləntilərin heç biri baş vermədi... Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan bir çox tibb müəssisəsi 2020-ci il yanvarın 1-dən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyinə veriləcək. Sadə dillə desək, icbari tibbi sığortada sığorta şirkətlərinin iştirak etməsinə imkan verilmədi. Yəni sığorta şirkətləri bu prosesdən kənarda qaldı. Bütün sığorta növləri üzrə müqaviləni İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bağlayır. Həkimlərin pulunu da onlar ayırır, sığortanı da özləri edir, xəstəxananı da onlar idarə edirlər. Bu, dünyada olmayan absurd bir sistemdir. Hər şey bir əldə cəmlənib. Analitiklər hesab edir ki, Azərbaycanda seçilən sözügedən icbari tibbi sığorta modeli uğursuzdur. Hətta irəliləyən zamanlarda bu sığorta modelinin işləməyəcəyi barədə də iddialar var. Bunu isə yanlış model və mexanizmin seçilməsi ilə əlaqələndirirlər. Buna görə də sözügedən sığortadan gözləntilər böyük deyil. Halbuki sığorta şirkətlərinin bu sahədə böyük təcrübəsi var. Demək olar ki, onların bu sahədə iş görmək vərdişləri formalaşıb.

Amma təəssüflər olsun ki, işlər bu şəkildə qurulmadı. Xəstəxanalar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarəetməsinə verilir. Daha sonra burada çalışan həkimlərlə icbari tibbi sığorta ilə müqavilə bağlayırlar, onlara maaş təklif edirlər və yaxud da müəyyən xidmətlərə görə faizə oturdurlar. Xəstələrlə də özləri müqavilə bağlayırlar, özləri müalicə edirlər, öz-özlərinin pulunu ödəyirlər. Sığorta şirkətlərinin iştirakına icazə verilmədiyinə görə, burada xarici şirkətlərə də ehtiyac olmayacaq.
Geri qayıt