Ana səhifə > Arxiv / Şou-Biznes > Nadirlə Kamran arasında qalmaqal bitmək bilmir

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Nadirlə Kamran arasında qalmaqal bitmək bilmir


29-08-2019, 16:35. Müəllif: cavidan
Nadirlə Kamran arasında qalmaqal bitmək bilmir

Müğənni Nadir Qafarzadə ilə aktyor Kamran Ağabalayev arasında qalmaqal daha da böyüyüb.
Axşam.az xəbər verir ki, Kamranın Nadirin "Pis qadının başını kəsərlər" sözlərinə reaksiyası qarşı tərəfin xoşuna gəlməyib.

Ağabalayevin ifaçı haqda dediyi "Botoks dodaqlardan çıxan “kişi pis qadının başını kəsər” ifadəsi bir az şey çıxır, yəni zad çıxır" sözlər cavabsız qalmayıb.

Nadir Ağabalayevlə bağlı saytlardan birində yayımlanan "Azərbaycanlı aktyor erməni ilə filmə çəkilir" başlıqlı yazını yayımlayaraq, bunları qeyd edib:

"Azərbaycanlı kişi aktyor erməni ilə filmə çəkilir. Deyəcəksiniz ki, bu, onun işidir və qonorar alır. Tüpürüm o pula. Ağızdolusu kişilikdən danışır".

Qeyd edək ki, Kamranın çəkildiyi "Rus kölə" adlı serialda bir çox ölkələrdən aktyorlar rol alır.
Geri qayıt