Ana səhifə > Arxiv / Cəmiyyət > Bəzi ərazilərin qaz təchizatında fasilə olacaq

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Bəzi ərazilərin qaz təchizatında fasilə olacaq


9-08-2019, 11:13. Müəllif: cavidan
Bəzi ərazilərin qaz təchizatında fasilə olacaq

Bu gün “Qaz İxrac” İdarəsinin balansında olan “Ağcabədi-Beyləqan” magistral qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğvi və bəzi quraşdırma işlərinin icrasına başlanılıb.

“Azəriqaz” İstehsalat Birliyinin məlumatına əsasən, bu məqsədlə saat 10:00-dan işlər başa çatanadək Beyləqan rayon mərkəzində, eləcə də bir neçə kənd və qəsəbədə qaz təchizatı dayandırılır.

Saat 14:00-dan etibarən işlər başa çatanadək Yevlax rayonunun bir neçə yaşayış sahəsində də qaz məhdudiyyətləri tətbiq olunacaq. Bu müddət ərzində orta təzyiqli yeraltı qaz xəttində sazlama işləri aparılacaq.
Geri qayıt