Ana səhifə > Arxiv / Siyasət > "Avqustun 5-də Ermənistana qarşı hərbi əməliyyatlar başlanmalıdır"

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


"Avqustun 5-də Ermənistana qarşı hərbi əməliyyatlar başlanmalıdır"


4-08-2019, 10:42. Müəllif: cavidan
"Avqustun 5-də Ermənistana qarşı hərbi əməliyyatlar başlanmalıdır"

Qarabağ Azadlıq Təşkilatı Xankəndi şəhərində ermənilərin növbəti "ümumerməni” oyunları adı altında şou keçirmək niyyətləri ilə bağlı bəyanat qəbul edib.

Eurasia Diary bəyanatın mətnini təqdim edir:

"Mətbuatda gedən məlumatlara görə işğalçı Ermənistan növbəti dəfə Azərbaycana qarşı, beynəlxalq hüquqa qarşı həyasız addımlar atır. Avqust ayının 5-də Azərbaycanın işğal altında olan Xankəndi şəhərində "ümumerməni” oyunlarının açılışına həsr olunmuş böyük mitinqin keçirilməsi və həmin mitinqdə işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışı gözlənilir. Ertəsi gün isə avqustun 6-da Xankəndində "ümumerməni” oyunlarının açılışı olacaqdır. Biz bu məsələ ilə bağlı dəfələrlə mövqeyimizi bildirmişik. Mövqeyimiz ondan ibarətdir ki, Azərbaycana qarşı bu təxribatlara son qoyulmalıdır. Bu növbəti erməni həyasızlığıdır. Artıq bu həyasızlığın həddi-hüdudu yoxdur. Bunun qarşısı sərt şəkildə alınmalıdır.

Dəfələrlə bildirmişik ki, heç bir ölkə öz nümayəndələrini ora göndərməməlidir. Beynəlxalq təşkilatlar, xüsusən də idman sahəsində olan beynəlxalq qurumlar, regional qurumlar bu məsələyə öz münasibətlərini bildirməliydilər, bunun qarşısını almalı və buna son qoymalıydılar. Təəssüf ki, heç bir nəticə yoxdur və iki gündən sonra artıq avqustun 5-də ermənilərin bu növbəti şousu ortaya gələcəkdir. Hesab edirik ki, Azərbaycan hakimiyyəti bu məsələ ilə bağlı bu günə qədər sərt addımlar atmalı idi, imkan verməməliydi. Bu artıq birbaşa həmin ərazilərin erməni ərazisi olduğunu dünyaya təqdim eləmək cəhdidir. İşğalçı Ermənistan açıq şəkildə dünyaya təqdim etməyə çalışır ki, Dağlıq Qarabağ erməni ərazisidir və orada istədikləri tədbiri həyata keçirə bilərlər.

Biz hesab edirik ki, buna artıq dözmək mümkün deyil. Buna görə də biz Qarabağ Azadlıq Təşkilatı olaraq Azərbaycan hakimiyyətindən tələb edirik ki, elə həmin gün, avqust ayının 5-də işğalçı Ermənistana qarşı hərbi əməliyyatlara başlamalıdır. Həmin gün Nikol Paşinyan Xankəndində çıxış etdiyi zaman düşmənin başına od ələnməlidir, raket zərbələri endirilməlidir. İşğalçının bu hərəkətlərinə son qoymaq, torpaqlarımızı işğaldan azad etmək üçün artıq başqa yol qalmır. Azərbaycan hakimiyyəti bu addımı atmalıdır və gücü də var. Hesab edirik ki, Azərbaycan hakimiyyəti özündə cəsarət tapmalıdır, qətiyyət tapmalıdır ki, bu qərarı versin və bu rüsvayçılığa, bu biyabırçılığa birdəfəlik son qoysun".
Geri qayıt