Ana səhifə > Arxiv / İdman > Bakı-2019: Azərbaycan gimnastı gümüş medal qazanıb

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Bakı-2019: Azərbaycan gimnastı gümüş medal qazanıb


27-07-2019, 11:51. Müəllif: cavidan
Bakı-2019: Azərbaycan gimnastı gümüş medal qazanıb

Azərbaycan gimnastı Səməd Məmmədli Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında gümüş medal qazanıb.

APA-nın məlumatına görə, idman gimnastlarının ayrı-ayrı hərəkətləri üzrə finallara qatılan təmsilçimiz dəstəli atda ikinci yeri tutub.

O, 13,600 xal toplayaraq festivalda ilk mükafatına yiyələnib. Bunadək sərbəst hərəkətlərdə 13,733 xal yığan S.Məmmədli 6-cı yerlə kifayətlənmişdi. Hər iki növdə çempion adına ukraynalı Nazar Çepurnı yiyələnib.

Qeyd edək ki, bu medal Azərbaycan gimnastlarının festivaldakı ilk uğurudur. Bunadək təmsilçilərimiz yalnız güləşlə cüdoda fərqlənmişdi. İdmançılarımız ümumilikdə 9 qızıl, 7 gümüş və 5 bürünc əldə edib.
Geri qayıt