Ana səhifə > Arxiv / Son Xəbərlər > Balıqçılar batan qayığın bütün ekipajını XİLAS ETDİLƏR

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Balıqçılar batan qayığın bütün ekipajını XİLAS ETDİLƏR


11-07-2019, 17:50. Müəllif: cavidan
Balıqçılar batan qayığın bütün ekipajını XİLAS ETDİLƏR

İnsidentdən dərhal sonra xilasetmə əməliyyatı başlayıb

Xeberleragentliyi.com bildirir ki, Vyetnama məxsus balıqçı gəmisi Cənubi-Çin dənizində, Nanşa adası yaxınlığında kəskin hava şəraiti səbəbindən qəzaya uğrayaraq batan Çinə məxsus balıqçı qayığının 32 ekipaj üzvünü xilas edib.

Çinin Mərkəzi Televiziyası xəbər verir ki, Haynan əyalətinin Syunhay qəzasında qeydiyyata alınan balıqçı qayığı yerli vaxtla saat 06:00-da (Bakı vaxtı ilə 02:00) həyəcan siqnalı verib və bundan sonra onunla əlaqə kəsilib.

İnsidentdən dərhal sonra xilasetmə əməliyyatı başlayıb. Əməliyyata hərbçilər, kommersiya gəmiləri və aviasiya da cəlb edilib.

Sonradan məlum olub ki, qayığın ekipaj üzvləri Vyetnama məxsus balıqçı gəmisi tərəfindən xilas edilib. Hadisə nəticəsində ölənlər və xəsarət alanlar barədə məlumat verilmir.

Hazırda Çinin "COSCO Shipping" konteyner operatorunun "Yuanyanhu" adlı kommersiya gəmisi xilas edilən dənizçiləri sahilə çıxarmaq üçün qəzanın baş verdiyi rayona gəlib.(AZƏRTAC)
Geri qayıt