Ana səhifə > Arxiv / Hadisə > Bakı - Quba yolunda ağır qəza- yaralılar var - FOTO/VİDEO

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Bakı - Quba yolunda ağır qəza- yaralılar var - FOTO/VİDEO


20-06-2019, 11:55. Müəllif: cavidan
Bakı - Quba yolunda ağır qəza- yaralılar var - FOTO/VİDEO

Bakı-Quba avtomobil magistralının 79-cu kilometrliyində, Siyəzən rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı - Quba yolunda ağır qəza- yaralılar var - FOTO/VİDEO
Oxu.Az-ın məlumatına görə, "KİA Sportage” markalı, 99 NK 277 dövlət nömrə nişanlı avtomobil kombaynla toqquşub.

Qəzaya yüksək sürət səbəb olub. Belə ki, "KİA Sportage” yüksək sürətlə arxadan kombayna çırpılıb.
Bakı - Quba yolunda ağır qəza- yaralılar var - FOTO/VİDEO
Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Kombayn sürücüsünün şəxsiyyəti dəqiqləşdirilib. Bu, 1970-ci il təvəllüdlü Salyan rayon sakini Raqil Əsədulla oğlu Abbasovdur. "KİA Sportage”i isə 1972-ci il təvəllüdlü Şirinov İlqar İlham oğlu idarə edib.

Sürücülər və "KİA Sportage” markalı maşında olan üç sərnişin yaralı halda Siyəzən Rayon Mərkəzi Xəstəxanasına aparılıb.


Geri qayıt