Ana səhifə > Arxiv / İdman > "Mbappeni də istəyirik" - azarkeşlərdən Peresə çağırış

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


"Mbappeni də istəyirik" - azarkeşlərdən Peresə çağırış


14-06-2019, 13:47. Müəllif: cavidan
"Mbappeni də istəyirik" - azarkeşlərdən Peresə çağırış

"Real"ın yeni transferi Eden Hazardın dünən "Sntyaqo Bernabeu"da keçirilən təqdimat mərasimində maraqlı hadisə yaşanıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, stadiona toplaşan yerli azarkeşlər klubun prezidenti Florentino Peresdən PSJ-nin hücumçusu Kilian Mbappenin də transfer olunmasını istəyiblər. Onlar "Mbappeni də istəyirik" şüarları səsləndirərək, Peresə çağırış ediblər.

Qeyd edək ki, Hazardın təqdimat mərasimini 50 min azarkeş izləyib.
Geri qayıt