Ana səhifə > Arxiv / Təhsil > 14 nömrəli məktəbdə 4-cü sinif şagirdlərinin buraxılış günü keçirilib

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!

14 nömrəli məktəbdə 4-cü sinif şagirdlərinin buraxılış günü keçirilib

12-06-2019, 16:16. Müəllif: cavidan
14 nömrəli məktəbdə 4-cü sinif şagirdlərinin buraxılış günü keçirilib

Nəsimi rayon 14 nömrəli məktəbdə 4-cü sinif şagirdlərinin buraxılış tədbiri keçirilib. Tədbirdə şagirdlərlə yanaşı məktəbin müəllimləri və valideynlər də iştirak ediblər. Əvvəlcə sinif rəhbəri Anjela Əliyeva tədbir iştirakçılarını salamladıqdan sonra şagirdlər Azərbaycana həsr olunmuş mahnı ifa ediblər.

Tədbir vətənə, müəllimə, məktəbə aid müxtəlif şeirlərin səsləndirilməsi, rəngarəng səhnəciklərin nümayişi ilə davam edib.

Sonra şagirdlər ibtidai təhsil aldıqları müddətdə onlara dəstək olan bütün müəllimlərinə gül dəstələri verərək minnətdarlıq edib, yuxarı siniflərdə də göstərilən etimadı doğruldacaqlarına söz veriblər.
Daha sonra valideynlər 4 il ərzində şagirdlərə verdiyi yüksək təhsilə və göstərdiyi qayğıya görə Anjela Əliyevaya təşəkkür edib, ona gələcək işlərində uğurlar arzulayıblar.

Məktəbin direktor müavinləri - Nailə Muradova, Lyudmila Sultanova, Rəna Varşabova, müəllimlər - Elnurə Mamedova, Sabina Sevdimova isə çıxışlarında məktəblilərin hazırladıqları səhnəcikləri yüksək dəyərləndirib, 4d sinfinin şagirdlərinin tədris ili boyunca fəallıqları və tərbiyələri ilə fərqləndiklərini bildirib, tədris ilini uğurla başa çatdırmaları münasibətilə təbrik ediblər.

Çıxışçılar dörd il əvvəl məktəbə həyəcan, narahatlıqla qədəm basan şagirdlərin sevimli müəllimlərinə və məktəblərinə böyük sevgi ilə bağlanmalarının, ibtidai sinif müəllimlərinin bu baxımdan gərgin əməyinin şahidi olduqlarını xüsusi qeyd ediblər.

Sonda Anjela Əliyeva tədbirdə iştirak edən müəllimlərə, valideynlərə təşəkkür edib, şagirdlərə isə gələcək təhsillərində uğurlar arzulayıb.

Tədbir çərçivəsində şagirdlərə təhsil ilini müvəffəqiyyətlə başa çatdırmaları münasibətilə diplomlar təqdim olunub.

Geri qayıt