Ana səhifə > Arxiv / Cəmiyyət > Azərbaycanda ilk dəfə banan yetişdirildi - VİDEO

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Azərbaycanda ilk dəfə banan yetişdirildi - VİDEO


24-05-2019, 23:48. Müəllif: cavidan
Azərbaycanda ilk dəfə banan yetişdirildi - VİDEO

Azərbaycanda ilk dəfə olaraq Kürdəmir rayonunda banan yetişdirilib.



Modern.az “Report”a istinadən xəbər verir ki, rayonun Şüşün kənd sakini Rahib Ağayev ilk dəfə olaraq fərdi təsərrüfatında banan yetişdirib.



Təsərrüfat sahibi bildirib ki, bundan əvvəl fərdi təsərrüfatında bölgə üçün ənənəvi olmayan ananas, kivi və başqa meyvələr yetirişdirib:

"Uzun müddətdir dekorativ gül və ekzotik ağacların becərilməsi ilə məşğulam. Lakin əkdiyim ağacların içərisində bir ağac diqqətimi cəlb etdi. Çünkü, bu ağac əkdiyim dekorativ ağacların içərisində təsadüfən yetişib. Sonradan banan ağacı olduğunu gördüm. Bananın yetişdirilməsi qaydası və ona qulluq etməklə bağlı məlumat əldə edib bu meyvəni yetişdirməyə çalışdım. Bananın yetişməsi hamının marağına səbəb olub. Rayon mərkəzindən, digər kəndlərdən, hətta qonşu rayonlardan baxmağa gəlirlər".



Qeyd edək ki, banan meyvəsinin normal yetişməsi üçün həmin ərazinin 6 ay isti olması şərtdir.

VIDEO

Geri qayıt