Ana səhifə > Arxiv / Dünya > Notr-Damın bərpası üçün inanılmaz məbləğdə pul yığıldı

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Notr-Damın bərpası üçün inanılmaz məbləğdə pul yığıldı


17-04-2019, 17:18. Müəllif: cavidan
Notr-Damın bərpası üçün inanılmaz məbləğdə pul yığıldı

Parisdə yanmış Notr-Dam kilsəsinin bərpası üçün qısa müddət ərzində bir milyard avrodan çox ianə toplanıb.

Xeberleragentliyi.com bu barədə Oxu.az-a istinadən xəbər verir.

Nəşrin məlumatına əsasən, iri məbləğli ianələr daha çox böyük şirkətlərdən və biznesmenlərdən daxil olur.

Bundan başqa, vəsaitin müəyyən hissəsi Fransa Mədəniyyət Nazirliyinin seçdiyi dörd ictimai fonddan ayrılıb.

Fransanın mədəniyyət naziri Frank Riester səxavətli insanların internet dələduzlarının qurbanına çevrilməməsi üçün öz "Twitter" səhifəsində ianə üçün etibarlı internet-portalların adlarını sadalayıb.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Notr-Dam Kilsəsinin restavrasiyasının beş ilə yaxın vaxt aparacağını açıqlamışdı.
Geri qayıt