Ana səhifə > Arxiv / Mədəniyyət > “Adsız yüksəkliklər” filmi Bakıda ilk dəfə nümayiş olunacaq

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


“Adsız yüksəkliklər” filmi Bakıda ilk dəfə nümayiş olunacaq


11-01-2019, 16:20. Müəllif: Gulnare
“Adsız yüksəkliklər” filmi Bakıda ilk dəfə nümayiş olunacaq

Yanvarın 21-dən etibarən “Flame Towers”də yerləşən “Park Cinema”da rejissor Hilal Baydarovun ekranlaşdırdığı “Adsız yüksəkliklər” bədii filmi nümayiş ediləcək.

AZƏRTAC xəbər verir ki, xronometrajı 93 dəqiqə olan ekran əsəri yanvarın sonlarında Şarjah Film Platforumunda və başqa beynəlxalq film festivallarında ölkəmizi təmsil edəcək. Daha öncə film Kanadada Monreal Film Festivalında və Almaniyada Cottbus Film Festivalında nümayiş olunub.

Rejissor filmdə fəlsəfi bir problemi - insanın təbiət qarşısında diz çökməsini ortaya qoyur.

Sirli bir səs özünü kameradan təqdim edir. Bu səs dağlarda təcrid halında yaşayan kiçik bir insan qrupunun başına gələn qəribə hadisələri müşayiət və idarə edir. Onun tərəfdaşı “səyyah” adlanan, səkkiz ildən sonra doğulduğu yerə qayıdan və evlərini heç vaxt tərk edib getməmiş insanlar arasında müxtəlif qorxular oyandıran gənc bir adamdır. Səyyah icmanın zahidlik, tabelik və ən uyğun olanın həyatda qalması kimi xarakterizə olunan sərt və arxaik qaydalarını silkələyir. Şahmat oyunçusu kimi, o, başqalarının reaksiyalarını provokasiya edir və oyun prosesindəki məğlubiyyətləri qəbul edir.

Kamera arxasında da dayanan rejissor bu filmində təkəbbürün, birgəyaşayışın və iyerarxiyanın mahiyyətini tədqiq edir.
Geri qayıt