Ana səhifə > Arxiv, Səhiyyə > Azərbaycana “donuz qripi”nə qarşı peyvənd gətirilibmi? - AÇIQLAMA

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


Azərbaycana “donuz qripi”nə qarşı peyvənd gətirilibmi? - AÇIQLAMA


11-01-2019, 11:04. Müəllif: Gulnare
Azərbaycana “donuz qripi”nə qarşı peyvənd gətirilibmi? - AÇIQLAMA

Azərbaycana “donuz qripi”nə (H1N1 virusu) qarşı peyvənd gətirilməyib.

Səhiyyə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda mövsümi qripin səviyyəsi ötən illərlə müqayisədə çox aşağıdır:

“Ümumiyyətlə, “donuz qripi” vaksinasiyası yoxdur. Ümumi qrip vaksinasiyası var ki, o da Azərbaycanda planlı şəkildə həyata keçirilməyib”.

“Mövsümi qrip əleyhinə peyvənd var, istənilən vətəndaş özünü klinikalarda peyvənd etdirə bilər”, - deyə nazirlikdən qeyd edilib.

Qeyd edək ki, bəzi saytlarda Azərbaycana “donuz qripi”nə (H1N1 virusu) qarşı peyvənd gətirilməsi barədə məlumat yayılıb.
Geri qayıt