Sizin reklam burada
Sizin reklam burada

İlham Əliyev: “Pakistanla birgə hərbi təlimlərin vaxtı çatıb”

İlham Əliyev: “Pakistanla birgə hərbi təlimlərin vaxtı çatıb”


Hərbi sahədə əməkdaşlığımızın böyük potensialı var və əminəm ki, bu gün siz həmkarlarınızla gələcək planlarımızı müzakirə edəcəksiniz.

Bununla bağlı Prezident İlham Əliyev martın 3-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edən zaman məlumat verib:

“Biz artıq Pakistan müdafiə sənayesinin məhsulları ilə tanışıq. Bildiyiniz kimi, biz Pakistandan hərbi avadanlıq almışıq və bu prosesi davam etdirmək arzusundayıq. Bununla yanaşı, biz birgə hərbi təlimlər üzərində düşünürük. Hesab edirik ki, artıq bunun vaxtı çatıb”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ