DataLife Engine / Manaf Səmədzadə Vətənini sevən, xalqına bağlı olan ləyaqətli vətən oğludur

Manaf Səmədzadə Vətənini sevən, xalqına bağlı olan ləyaqətli vətən oğludur

Manaf Səmədzadə Vətənini sevən, xalqına bağlı olan ləyaqətli vətən oğludur


Tarixən xalqımız özünün igid, alicənab, işgüzar, xalqına bağlı olan, Vətənini sevən övladlarının qürurlu adları ilə hər zaman fəxr edib. Hətta, onların atdıqları addımları yaddaşlarda saxlayaraq, həmin şəxslərin adlarını sonrakı nəsillərə ərməğan da ediblər. Bəli, dünya xalqlarının çoxunda olduğu kimi, bizim xalqın da özünəməxsus yüksək insani keyfiyyəti, əxlaqi və mənəvi dəyərləri və s. var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olmasını sübut edən halların varlığıdır.
Ümumiyyətlə, tarixin bütün dönəmlərində ad-san qazanmış şəxslər çox olublar. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Bu kimi halların varlığı bütün dönəmlərdə olmuş və bu gün də özünü təsdiq etməkdədir. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Manaf Səmədzadə, bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb. Yardımlı Rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə, öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Manaf müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Manaf Səmədzadəni tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi ilə Azərbaycanda həyat yaxşi menada dəyışmeyə başladı . En başlıcası ise , Ulu Önder tehsilin ve ordu quruculuğunun süretli inkişafına önem verdi . Bu gün hemin uğurların üste ölke başçimiz Ilham Eliyev cenablari yenilerini elave etmekdedir . Prezident tehsil sahesine gösterdiyi diqqet ve qayğini bu sahede çalışan insanlar yaxşi hiss edirler . Bu diqqet ve qayği sayesinde öz işlerini günün telebleri seviyyesinde quran ocaqlardan biridir, Yardımlı Rayon Təhsil şöbəsi . qedim tarixe malikdir . Indiyə qədər bu elm ocağında çoxlu sayda məzunlar həyata vəsiqe almışlar.

Sorğu apardıq ağız dolusu Manaf Səmədzadədən danışdılar yaxşı ki, Manaf Səmədzadə Yardımlı Rayon Təhsil Şöbəsinin müdiri təyin olunub… Manaf Səmədzadə öz isguzarlığı ilə tanınır və seçilir….


Bəli, bu gün o, olduqca strateji əhəmiyyət kəsb edən bir sahəyə rəhbərlik edir, yorulmadan çalışır, zəhmət çəkir və o, böyük Allah-Təalanın bəxş etdiyi ömür yollarında silinməz izlər də buraxır. Bir anlığa diqqət yetirək ki, indiyə kimi Yardımlı Rayon Təhsil Şöbəsinə aid sahələrdə nə kimi yeniliklər əldə olunub, bu gün də hansı yeniliklər əldə olunmaqdadır. Hər kəsə bəllidir ki, Manaf Səmədzadənin yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Hal-hazırda

Yardımlı Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsini daşıyan və daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacaran Manaf Səmədzadə, bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Manaf Səmədzadə elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.

Ona etibar edilən bütün postlarda Manaf Səmədzadə özünü doğruldub. Bizdə hörmətli Manaf Səmədzadəni dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
4-05-2020, 11:34
Geri dön