Ana səhifə > Son Xəbərlər / İdman > "Neftçi" baş məşqçisi ilə yollarını ayırır

XƏBƏRİ ÇAPA VERMƏK ÜÇÜN CTRL+P DÜYMƏLƏİNİ BİRLİKDƏ SIXIN!!!


"Neftçi" baş məşqçisi ilə yollarını ayırır


15-05-2019, 12:53. Müəllif: cavidan
"Neftçi" baş məşqçisi ilə yollarını ayırır

"Neftçi"nin baş məşqçisi Roberto Bordin mövsümün sonunda klubdan ayrılacaq.

Publika.az xəbər verir ki, bu iddia İtaliya mətbuatında yer alıb.

Xəbərə görə, 54 yaşlı mütəxəssis son mövsümlərdə çalışdırdığı komandalarda uğur qazandığına görə İtaliya klublarından da təklif ala bilər.

Qeyd edək ki, "Neftçi" bu mövsüm R.Bordinin rəhbərliyi altında ölkə çempionatını ikinci pillədə başa vurub və Avroliqaya vəsiqə qazanıb.
Geri qayıt