Mehriban Əliyeva BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində görüşlər keçirib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » » Mehriban Əliyeva BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində görüşlər keçirib

Mehriban Əliyeva BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində görüşlər keçirib

Müəllif: Anar
//
26 aprel 2016
//
//

Mehriban Əliyeva BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində görüşlər keçirib

Aprelin 26-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İtaliyanın mədəniyyət nazirinin müavini xanım Dorina Byanki ilə görüşüb.

Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıqdan məmnunluq ifadə olunub, müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyi vurğulanıb.
Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr, o cümlədən İtaliyada gördüyü işlər yüksək qiymətləndirilib. Həmin layihələrin Azərbaycan-İtaliya əməkdaşlığının inkişafına mühüm töhfə verdiyi vurğulanıb, gələcəkdə bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyi qeyd edilib.



Mehriban Əliyeva BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyəti ilə də görüşüb.

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olan Mehriban Əliyeva paytaxtda keçirilən Forumda iştirak etdiklərinə görə qonaqlara təşəkkür edib.

Bugünkü müzakirələrdə dünya üçün əhəmiyyət kəsb edən mövzuların diqqət mərkəzində olduğunu deyən birinci xanım Mehriban Əliyeva əminliyini bildirib ki, bu forum dünyanı narahat edən məsələlərin həlli istiqamətində vacib platforma olacaq və mövcud problemlərin aradan qaldırılması üçün mexanizmlərin tapılmasına kömək edəcək.

Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətində Azərbaycanın yeni dostlarını da görməkdən şad olduğunu bildirən Mehriban Əliyeva Fransa ilə Azərbaycan arasında bütün sahələrdə qurulan əməkdaşlığın dostluq və qarşılıqlı hörmətə əsaslandığını vurğulayıb.


Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu gün həmçinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tolerantlıq üzrə dövlət naziri xanım Şeyxə Lubna Al Qassimi ilə görüşüb.

Mehriban Əliyeva BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” kimi aktual mövzuya həsr edildiyini vurğulayıb və tədbirdə iştirak etdiyinə görə Şeyxə Lubna Al Qassimiyə minnətdarlığını bildirib.

Şeyxə Lubna Al Qassimi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirakın onun üçün şərəf olduğunu, Azərbaycanda özünü evindəki kimi hiss etdiyini bildirib.
Xəbər Lenti Giriş Populyar Reklam
Manatın YENİ MƏZƏNNƏSİ 19-10-2018, 18:03Manatın YENİ MƏZƏNNƏSİ