Bu gün bayrağ günüdür » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » » Bu gün bayrağ günüdür

Bu gün bayrağ günüdür

//
09 Kasım 2012
//
//

OXUNUB:1493
Bu gün bayrağ günüdürMilli Birliyimizin təcəssümü

Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, sabiq prezident Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Azərbaycan Respublikası Prezidenti 17 noyabr 2009-cu ildə Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsini nəzərə alaraq, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd etməklə bağlı sərəncam verib. Sərəncamda qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli sərəncamı da Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir. 2010-cu il sentyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olub.

Müasirləşmək, Türkləşmək və İslamlaşmaq...


Tarixçi alim Nəsiman Yaqublu deyir ki, Azərbaycanda müxtəlif dövrlərdə müxtəlif bayraqlar olub. Göytürklərin, şəddadilərin, səfəvilərin öz bayraqları olub. Ancaq bizim üçün ən müqəddəsi üçrəngli bayrağımızdır. Nəsiman Yaqublu bildirir ki, Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu 1918-ci il 28 maydan noyabrın 9-a qədərki dövrdə bayrağımız qırmızı rəngli, üzərində də səkkiz guşəli ulduz olub. 1918-ci il noyabrın 9-dan sonra isə üçrəngli bayrağımız qəbul edilib. Bu bayraqdakı rənglər həm də bizim dövlətçiliyin ideoloji əsaslarını təşkil edir. Yəni müasirləşmək, türkləşmək və islamlaşmaq həm də milli ideologiyamızın əsaslarıdır. Tarixçi alim qeyd edir ki, o dövrdə Bakını öz nəzarətlərinə götürməyə çalışan ingilislər rusların və ermənilərin təhriki ilə təzyiq göstəriblər ki, üçrəngli bayrağımız parlamentin binasının önündə daim dalğalanmasın. Parlamentin iclasından əvvəl bu bayraq asılır, sonra götürülürmüş. Ona görə də o vaxt Məhəmməd Əmin Rəsulzadə yazıb ki, "biz o bayrağı min bir müşkülatla başımız üzərinə qaldırdıq”. Sonradan razılaşdırılıb ki, bayraq hər gün parlament binası üzərində dalğalandırılsın.

Bayraq sevgisi, bayrağa bağlılıq hissi ən böyük şairlərimiz olan Əhməd Cavadın, Abidin Gültəkinin yazılarında əksini tapıb. Bu insanlar bizim bayrağımızı o qədər gözəl tərənnüm ediblər ki! Bu şairlərin şerlərini oxuyarkən bayraq az qala özünün rəngində görünməyə başlayır!

Nəsiman Yaqublunun sözlərinə görə, 1920-ci ilin aprel ayında Azərbaycan Rusiya tərəfindən işğal olunandan sonra bu bayrağın da dalğalandırılması artıq qadağan edilib: "1956-cı ildə il dəfə bu bayrağı 3 nəfər Qız qalasında 1 saat dalğalandırıb. Sonra o bayrağı yığışdırıblar. Müstəqillik qazanmağımızla bayrağımız yenə və əbədi yüksəlib”.
Tarixçi alim onu da vurğulayır ki, bu bayraq simvolumuzdur, ona həmişə hörmətlə yanaşmalıyıq: "Bəzən çox əsassız şəkildə bayrağımızı bəzi tədbirlərdə, küçələrdə, məişət yerlərində adi bir istifadə alətinə çevirirlər. Bu, məni çox ağrıdır. Bayrağımıza çox hörmətlə yanaşılmalıdır. Bayrağımız dövlətçiliyimizin, milli ideologiyamızın dəyərləri sırasındadır. Dəyərlərdən hər cür istifadə etmək, hətta ondan dini formalar da düzəltməyə yaxşı baxmıram. Bayrağa daha ciddi yanaşılmalıdır”. Bu gün bayrağ günüdür

Bu gün bayrağ günüdür
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam