Sizin reklam burada
Sizin reklam burada

“Rövnəq Abdullayev və onun dəstəsi yola salınacaq” – Ekspert

“Rövnəq Abdullayev və onun dəstəsi yola salınacaq” – Ekspert

“Bugün imzalanan “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə şirkətin nizamnaməsində dəyişiklilər edilib, qeyd olunub ki, SOCAR-ın fəaliyyətinə cari rəhbərliyi Şirkətin İdarə Heyəti həyata keçirir”.

Sozcu.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib:

“Şirkətin İdarə Heyəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 14 (on dörd) üzvdən – Şirkətin prezidentindən, Şirkətin birinci vitse-prezidentindən, geologiya və geofizika məsələləri üzrə, yataqların işlənməsi üzrə, iqtisadi məsələlər üzrə, emal üzrə, sərmayələr və marketinq üzrə, sosial məsələlər üzrə, ekologiya üzrə, kadr, rejim və informasiya texnologiyaları üzrə, strateji inkişaf üzrə, neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidentlərindən və vitse-prezidentdən ibarətdir

Bununla da SOCAR-da yeni institut – İdarə Heyəti- yaradılıb. Bundan sonra prezidentin İdarə Heyəti üzvləri ilə bağlı sərəncamı olmalıdır. Bu sərəncamla köhnə tərkib yeniləşə, tamam dəyişə və yaxud da olduğu kimi qala bilər. Yəqin ki, yaxın vaxtlarda Rövnəq Abdullayevin və onun dəstəsi ya yola salınacaq, ya da əvvəlki kimi şirkəti batırmaq işlərinə davam edəcəklər. Böyük ehtimalla birinci varianta üstünlük veriləcək”.

  • Sosial şəbəkədə paylaş