Sizin reklam burada
Sizin reklam burada

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni səlahiyyətlər verildi - FƏRMAN

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni səlahiyyətlər verildi - FƏRMAN


Azərbaycan Respublikası Prezidentinin “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” 2013-cü il 26 dekabr tarixli 61 nömrəli Fərmanında və “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” 2014-cü il 15 oktyabr tarixli 774 nömrəli Sərəncamında dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Dəyişikliyə əsasən, Böyükşor və Zığ göllərindən istifadə və onların mühafizəsi sahəsində idarəetmə bundan sonra İqtisadiyyat Nazirliyinə deyil, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilir.Oxu.az.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ