Sizin reklam burada
Sizin reklam burada

Unutmayaq ki, unudulmayaq layihəsi çərçivəsində “Xocalı qanlı tariximiz” adlı tədbir keçirilib

Unutmayaq ki, unudulmayaq layihəsi çərçivəsində “Xocalı qanlı tariximiz” adlı tədbir keçirilib


İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi fevralın 23-də “Unutmayaq ki, unudulmayaq” layihəsi çərçivəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Respublika Veteranlar Təşkilatı ilə birgə “Xocalı qanlı tariximiz” adlı tədbir keçirib.

Təşkilatdan Xeberleragentliyi.com-a bildiriblər ki, tədbirdə tarixən mənfur faşizm ideologiyası ilə xalqımıza qarşı amansız düşmənçilik həyata keçirən ermənilərin törətdikləri faciələrdən söz açılıb.

Respublika Veteranlar Təşkilatının şöbə müdiri, professor Bəhram Zahidov qeyd edib ki, 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayının köməyi ilə Xocalı əhalisini vəhşicəsinə qətlə yetirib, soyqırımının ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə də əl atıb, Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələrini də dağıdıblar. Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymət məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Xocalı soyqırımının dünyada tanıdılması, bu faciəyə lazımi qiymətin verilməsi üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində aparılan genişmiqyaslı fəaliyyət uğurlu nəticələrini verib. Bu baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər xüsusi vurğulanıb.

Məlumat verilib ki, məhz bu kampaniya nəticəsində hazırda dünyanın bir sıra ölkələri, həmçinin bəzi beynəlxalq təşkilatlar Xocalı qətliamının soyqırımı kimi tanınması barədə qərarlar qəbul edib. Ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı ilə bağlı abidələr ucaldılıb. Bu istiqamətdə aparılan səmərəli işin nəticəsidir ki, hər dəfə faciənin ildönümündə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, aksiyalar keçirilir, erməni vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər nümayiş etdirilir. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə Xocalı soyqırımının tanıdılması istiqamətində ardıcıl iş aparılır.

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli 44 günlük Vətən müharibəsində qazanılan parlaq Qələbənin erməni faşizminin məğlubiyyəti olduğunu bildirib. Mart, Xocalı soyqırımı kimi faciələrin ermənilərin məkrli siyasətinin göstəricisi olduğunu və belə hadisələrin təkrarlanmaması üçün düşmənə dəmir yumruğumuz və həmrəyliyimizlə lazımı cavab verməyə daim hazır olduğumuzu vurğulayıb.

Tədbirin digər çıxışçıları – polkovnik Həmid Cəfərov, Natiq Bədəlov və başqaları Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsinin yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə olunduğunu bildiriblər. Xocalı faciəsini törətməklə ermənilərin xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq istədiklərini vurğulayıblar. Lakin hiyləgər, mənfur düşmən məqsədinə çata bilməyib. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşib. Qəhrəmanlıq və dəyanət nümayiş etdirərək ədaləti bərpa etdiyimizi vurğulayıblar.AZƏRTAC.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ